Rusiyalı psixoloq İrina Kraşkina uşaqların ağlama davranışına dair valideynlərə tövsiyələr verib.
Mütəxəssis bildirir ki, uşaq ağlamasını əzab və ya bacarıqsızlıq kimi qəbul etmək ən böyük səhvdir.
4-5 yaşınadək qəzəb tutmaları psixi inkişafın sağlam hissəsidir. Valideynlər emosiyaların qarşısını almaq əvəzinə dəstək olmalıdır.
Emosiyaların pik nöqtəsində uşaqlar izahata məhəl qoymur. Sadəcə yanında olmaq və güvən hissi vermək lazımdır.
Ekspert diqqət çəkir: uşağın hisslərini kiçiltmək stresi artırır. Valideyn də yorğunsa, münaqişədən qaçıb özünə vaxt ayırmalıdır.
Sonda qüsursuz valideyn xülyasından uzaqlaşmaq məsləhətdir.












