Salvador xilasediciləri, perulu həmkarlarının köməyi ilə Venesuelada dağıdıcı zəlzələdən 86 saat sonra 60 yaşlı qadını dağıntılar altından çıxarıb.
Oxu.Az xəbər verir ki, bu barədə Salvador Prezidenti Nayib Bukele sosial şəbəkədə yazıb.
Həkimlər qadının vəziyyətini sabitləşdirib, lakin durumu ağır olaraq qalır.
Xüsusi helikopterlə Karakasdakı özəl klinikaya çatdırılan qadın, hazırda zəruri tibbi yardım alır.












