Rusiya ordusunun Xarkova endirdiyi zərbələrdə həyatını itirən Azərbaycan vətəndaşının meyiti bu gecə ölkəyə gətiriləcək.
APA-nın məlumatına görə, mərhum Fatimə Hüseynova (2003-cü il təvəllüdlü) Bakıda anadan olub və orada yaşayıb. O, Kürdəmir rayonunun Ərəbqubalı kəndindəndir.
Fatimə Xarkov Tibb Universitetinin 6-cı kurs tələbəsi olub. Diplom almaq üçün Xarkova gedən gənc qadın rus hücumunda həlak olub.
Onun doğulduğu kənd qəbiristanlığında dəfn olunacağı gözlənilir.












