Bond.az White LogoBond.az Black Logo

Xodorkovski 10 il həbs cəzası aldı

Moskva məhkəməsi Mixail Xodorkovskini 10 il həbs cəzasına məhkum etdi. Detallar.

Günel Kərimova
Müəllif:Günel Kərimova- Senior Editor
|
0

Moskvanın Meşanski Rayon Məhkəməsi rusiyalı iş adamı və müxalif siyasətçi Mixail Xodorkovski barəsində qiyabi hökm çıxarıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Mediazona" məlumat yayıb.

Məhkəmə Xodorkovskini Rusiya ordusu haqqında "saxta məlumat yaymaq" ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edib. Ona həmçinin beş il müddətinə internet saytlarını idarə etmək qadağası qoyulub.

Bundan əvvəl prokurorluq Xodorkovski üçün 14 il həbs cəzası tələb etmişdi.

Məlumata görə, onun barəsində cinayət işi 2024-cü ilin yanvarında açılıb. İttihamın əsasını siyasətçinin "X" sosial şəbəkəsindəki paylaşımı və "YouTube" kanalında yayımladığı video təşkil edib.

İstintaqın versiyasına görə, Xodorkovski 2022-ci ilin sentyabrında Rusiya hərbçilərinin Ukraynadakı itkiləri ilə bağlı sənəd paylaşıb, 2024-cü ilin iyulunda yayımlanan videoda isə Kiyevdə yerləşən "Oxmatdet" xəstəxanasına endirilən zərbə barədə danışıb.

Bundan başqa, Xodorkovski daha bir cinayət işi üzrə də təqsirləndirilir. Rusiya Federal Təhlükəsizlik Xidməti onun və "Rusiyanın Müharibə Əleyhinə Komitəsi"nin digər üzvlərinin hakimiyyətin zorla ələ keçirilməsi, eləcə də terror təşkilatının yaradılması və ya fəaliyyətində iştirak etməsi ilə bağlı istintaqa cəlb olunduğunu açıqlayıb.

İstintaqın məlumatına əsasən, buna səbəb 2023-cü ildə Berlində imzalanmış və Rusiyada hakimiyyət dəyişikliyinin zəruriliyindən bəhs edən "Rusiya demokratik qüvvələrinin bəyannaməsi" olub.

Rusiya Ali Məhkəməsi isə bu ilin mart ayında "Rusiyanın Müharibə Əleyhinə Komitəsi"ni terror təşkilatı elan edib.

Digər Xəbərlər
Bu gün / 20:01
|
346

Almaniyada atışmanı törədən şəxsin kimliyi

Almaniyanın Ştade şəhərində atışma törədən 45 yaşlı türkəsilli şəxsin kimliyi məlum olub. Polis qəyyumluq mübahisəsini araşdırır.

0
Bu gün / 20:00
|
870

İranlı kontr-admiral qəzada öldü

İranlı kontr-admiral Məhəmməd Əkbərzadə Kirman əyalətində yol qəzasında həlak olub. SEPAH-ın yüksək rütbəli zabiti xəstəxanada həyatını itirib.

0
Bu gün / 19:31
|
932

Livan prezidenti: Ordu İsrail sərhəddinə yerləşəcək

Livan prezidenti Cozef Aun ordunun İsrail sərhəddinə yerləşdiriləcəyini açıqladı. ABŞ rəsmiləri ilə görüşdə sərhəd təhlükəsizliyi müzakirə edildi.

0
Bu gün / 19:02
|
286

İsrailli nazir: Sabah İranla müharibə ola bilər

İsrailin müdafiə naziri İsrael Kats, sabah İranla müharibə vəziyyətində ola biləcəyini açıqlayıb. İki ssenari və yüksək hazırlıq vəziyyəti haqqında ətraflı.

0
Bu gün / 19:01
|
296

Məşhur şüşə körpüdə çat - FOTO

Çinin Henan əyalətindəki məşhur şüşə körpüdə yeniyetmənin çətirlə vurması nəticəsində çat yaranıb. Təmir və təhlükəsizlik tədbirləri barədə məlumat verilmir.

0
Bu gün / 18:30
|
637

Venesuelada neft buruğunda partlayış: 8 yaralı

Venesuelada PDVSA-nın neft buruğunda baş verən partlayış nəticəsində 8 işçi yaralanıb. Yaralılar Kolumbiyaya təxliyə edilib.

0
Bu gün / 18:01
|
780

Makron yenə günəş eynəyi ilə gündəmdə

Fransa Prezidenti Emmanuel Makron Oman Sultanı ilə görüşdə yenidən Henry Jullien markalı günəş eynəyi taxdı. Detallar Bond.az-da.

0
Bu gün / 17:30
|
945

Gürcüstan və Qazaxıstan strateji tərəfdaşlıq sazişi imzaladı

Gürcüstan və Qazaxıstan strateji tərəfdaşlıq sazişi imzaladı. Saziş Astanada imzalanıb, müxtəlif sahələrdə memorandumlar da imzalanıb.

0
Bu gün / 15:31
|
883

26 nəfər istidən boğuldu: Almaniyada faciə

Almaniyada istilər səbəbindən 26 nəfər boğularaq ölüb. DLRG və DWD məlumatlarına görə, temperatur 41.7°C-yə çatıb.

0
Bu gün / 15:31
|
365

ABŞ sahillərində 5.5 bal gücündə zəlzələ

ABŞ-nin Oreqon ştatı sahillərində 5.5 bal gücündə zəlzələ baş verib. USGS məlumatına görə, tələfat və dağıntı yoxdur.

0
Bu gün / 15:00
|
749

MH370: Malayziya axtarış müqaviləsini uzatdı

Malayziya hökuməti MH370 təyyarəsinin qalıqlarını tapmaq üçün Ocean Infinity ilə axtarış müqaviləsini 2027-ci ilə qədər uzatdı.

0
Bu gün / 14:30
|
799

Fransada uşağı isti maşından xilas etdilər

Fransada 2 yaşlı uşaq isti avtomobildə qaldı, yoldan keçən qadın xilas etdi. Marseldə baş verən hadisədə valideynlər səhvən uşağı tərk edib.

0
...
Xodorkovski 10 il həbs cəzası aldı | Bond.az