Yaponiyanın cənub-qərb sahillərində güclü yeraltı təkanlar qeydə alınıb.
Milli Meteorologiya İdarəsi Kume və Miyako adaları yaxınlığında 6.1 bal gücündə zəlzələ olduğunu bildirib.
Zəlzələnin ocağı okean dibinin çox dayaz qatında yerləşdiyinə görə dəqiq dərinliyi hələlik müəyyən edilməyib.
Regionda kurortlar və hərbi baza yerləşir, lakin sunami təhlükəsi və dağıntı barədə məlumat daxil olmayıb.












