"Canqmi" tropik tayfunu Yaponiyanın cənub-qərbini vuraraq fəlakətə səbəb olub.
Kaqoşima bölgəsində 30 mindən, Okinavada isə 17 mindən çox ev elektriksiz qalıb.
Tayfun nəticəsində Okinavada 9 nəfər xəsarət alıb.
Yaponiyanın iki əsas aviaşirkəti, "All Nippon Airways" və "Japan Airlines", 1-3 iyun tarixlərində təxminən 600 uçuşu ləğv edib.












