Yay aylarında baş dərisi daha tez yağlanır, bu da saç yuma tezliyini dəyişdirir.
Rusiyalı dermatoloq Stefano Maria Serini "El Economista" nəşrinə müsahibəsində bildirib ki, yayda saç yuma tezliyi baş dərisinin tipindən asılıdır.
Yağlı baş dərisi olanlar həftədə 5-6 dəfə yumalı, quru və ya normal baş dərisi olanlar isə hər 2-3 gündə bir yumalıdır.
Dermatoloq vurğulayıb ki, tez-tez yuyanlar yumşaq tərkibli şampunlardan istifadə etməlidir.












