Yeni Zelandiyanın Kraystçörç şəhərində bir mağazada nümayiş etdirilən nadir alma yerli sakinləri valeh edib.
UPI nəşrinə istinadən xəbər verilir ki, meyvənin bir tərəfi qırmızı, digər tərəfi isə sarı rəngdədir. Alma mükəmməl şəkildə ortadan iki rəngə ayrılır.
Mütəxəssislər bildirir ki, bu hal genetik mutasiya nəticəsində yaranan "ximera" adlanan fenomendir. Meyvə iki fərqli genetik hüceyrə xəttindən inkişaf edir. Belə nümunələr milyonda bir dəfə rast gəlinir.
Mağaza sahibi almanın artıq yerli attraksiona çevrildiyini deyib.












