İyunun 30-da Yer kürəsini G1 sinifli maqnit qasırğası bürüyəcək. Bu, zəif qasırğa kateqoriyasına aiddir.
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
İyunun 29-da qasırğa ehtimalı cəmi 10% olsa da, iyunun 30-da 87% ehtimalla maqnit dalğalanmaları gözlənilir.
Alimlər iyul ayının nisbətən sakit keçəcəyini, maqnitosferin sabit olacağını proqnozlaşdırırlar.












