Boston Universitetinin tədqiqatçıları "StormWall" adlı aktiv müdafiə texnologiyasını təklif ediblər. Bu sistem Günəş qasırğalarının təsirini azaltmaq üçün nəzərdə tutulub.
Layihə çərçivəsində geosinxron orbitə 6 peyk çıxarılacaq. Hər peykdə buxarlana bilən maddə (barium, litium, natrium və ya kalsium) olacaq. Güclü qasırğa yaxınlaşdıqda, peyklər bu maddəni kosmosa buraxır. Günəş işığı onu plazmaya çevirir.
Yaranan plazma buludu maqnitosferi qalınlaşdıraraq qasırğanın intensivliyini 50%-dən çox azaldır. Bu, maqnit sahələrinin yenidən birləşməsini ləngidir.
Alimlər konsepsiyanı 2024-cü ilin mayında baş vermiş "Analar Günü qasırğası"nın modelində sınaqdan keçiriblər. Nəticələr göstərib ki, sistem qasırğanın gücünü iki dəfədən çox azaldır.
"StormWall" birdəfəlik istifadə olunacaq. Maddə ehtiyatını yenidən doldurmaq mümkün deyil. Bu, "at və unut" prinsipinə əsaslanan həlldir.












