Bond.az White LogoBond.az Black Logo

Yerin gizli tarazlıq oxu aşkarlandı

ABŞ alimləri Yerin iki hissəyə ayıran gizli tarazlıq oxunu kəşf etdi. İqlim dəyişikliyi bu balansı poza bilər.

Sevinc İsmayılova
Müəllif:Sevinc İsmayılova- Senior Editor
|
0

ABŞ alimləri Yer kürəsini iki güzgüvari hissəyə ayıran şərti "tarazlıq oxu" müəyyən ediblər.

Lakin mütəxəssislər hesab edirlər ki, sürətlənən iqlim dəyişiklikləri bu təbii balansı poza bilər.

Oxu.Az SHOT kanalına istinadən xəbər verir ki, 25 il ərzində peyklərdən toplanmış məlumatların təhlili nəticəsində müəyyən edilən xətt Afrika, Avropa, Alyaska və hər iki qütbdən keçir.

Bu sərhəd Yer kürəsini kosmosa təxminən eyni həcmdə Günəş radiasiyası qaytaran iki hissəyə bölür. Bu simmetriya - planetin Günəş işığını əksetdirmə qabiliyyəti (albedo) onun isinməsinə birbaşa təsir göstərir.

Hazırda bu xəttin hər iki tərəfində buludlar, açıq su hövzələri və Günəş şüalarını əks etdirən səthlərin miqdarı demək olar ki, eynidir.

Tədqiqatçılar xəbərdarlıq edirlər ki, qlobal istiləşmə bu həssas tarazlığı poza bilər. Belə olduğu təqdirdə, Yer kürəsinin bir hissəsi daha çox istilik toplamağa başlayacaq. Bu isə qasırğaların hərəkət marşrutlarına, yağıntıların paylanmasına, okean axınlarının dinamikasına və ekstremal hava hadisələrinin sayına təsir göstərə bilər.

Hələlik "tarazlıq oxu" dəyişməz qalır. Alimlər isə onu Yer kürəsində baş verən iqlim dəyişikliklərinin miqyasını qiymətləndirmək üçün yeni göstərici kimi istifadə etməyi təklif edirlər.

Digər Xəbərlər
Bu gün / 06:30
|
282

SEPAH ABŞ hərbi bazalarına hücum etdi

İran SEPAH-ı ABŞ hərbi bazalarına hücum edib. Yaxın Şərqdə gərginlik artır.

0
Bu gün / 06:01
|
767

Venesuelada 4.9 bal zəlzələ oldu

Venesuelada 4.9 bal gücündə zəlzələ baş verib. Episentr Karakasdan 80 km şimal-qərbdə yerləşib. Xəsarət alanlar barədə məlumat yoxdur.

0
Bu gün / 05:30
|
775

Pakistanı 5.4 bal gücündə zəlzələ vurdu

Pakistanın Dera-Qazi-Xan şəhərində 5.4 bal gücündə zəlzələ baş verib. EMSC məlumatına görə, episentr 91 km şimal-qərbdə, dərinlik 35 km olub.

0
Bu gün / 05:01
|
908

8 saat yatıb yorğun oyanmaq: Səbəb stresdir

Psixoloq del Plieqo: 8 saat yatmağa baxmayaraq yorğun oyanmağınızın səbəbi sinir sisteminin aktiv qalmasıdır. Stres yuxu keyfiyyətini necə pozur?

0
Bu gün / 04:30
|
792

Nissan-da təhlükə: 600 mindən çox avtomobil geri çağırıldı

Nissan Yaponiyada 600 mindən çox hibrid avtomobilini batareya idarəetmə blokundakı nasazlıq səbəbindən geri çağırır. Təhlükəli qəfil dayanma riski var.

0
Bu gün / 03:01
|
322

Rembrandtın rəsm əsərində şok detallar aşkarlandı

Rembrandtın əsərinin bərpası zamanı şok detallar üzə çıxdı: gizli əmmamə, dəyişdirilmiş kompozisiya və 8-12 milyon funt dəyərində hərrac.

0
Bu gün / 02:31
|
377

Kainat daha qəribədir: Yeni tədqiqat

Kaliforniya Universitetinin yeni araşdırması: şüur yalnız Yer bioloji ilə məhdudlaşmır, Kainat daha qəribə zəkalar gizlədə bilər.

0
Bu gün / 02:00
|
826

Günəş yanığı: dərini bərpa etməyin yolları

Günəş yanığından sonra dərini bərpa etmək üçün ən təsirli üsullar: təmizləmə, nəmləndirmə, SPF qorunması.

0
Bu gün / 01:01
|
428

Finlandiya nüvə silahı qadağasını ləğv etdi

Finlandiya Prezidenti nüvə silahı qadağasını ləğv edən qanunu təsdiqlədi. Dəyişikliklər NATO standartlarına uyğunlaşma məqsədi daşıyır.

0
Bu gün / 01:01
|
730

Gözəllik kraliçası toy borcu ilə məhkəməlik oldu

Miss New York Elite titullu gözəllik kraliçası Keytlin Rouz Kennedi-Melanson dəbdəbəli toy borcunu ödəmədiyi üçün məhkəməyə verilib. Hotel 37 min dollar qalıq borc tələb edir.

0
Bu gün / 00:00
|
395

Avropada rekord: Hər on avtomobildən biri Çin istehsalı

Çin avtomobil markaları Avropada rekord paya çatıb. 2026-cı ilin mayında satılan hər on yeni avtomobildən biri Çin istehsalıdır.

0
Dünən / 23:01
|
627

Marsın dərinliyində vulkan kanalları aşkarlandı

Marsın 24 km dərinliyində aşkar edilən maqma kanalları planetin daxili quruluşu haqqında yeni məlumatlar verir.

0
...
Yerin gizli tarazlıq oxu aşkarlandı | Bond.az