Ukrayna Prezidenti Volodimir Zelenski Fransanın Evian şəhərində keçirilən G7 sammiti çərçivəsində liderlərlə qapalı görüşüb.
Məlumata görə, əsas müzakirə mövzusu Ukraynadakı münaqişə olub.
Fransa Prezidenti Makron Zelenskini qarşılayaraq qucaqlayıb. Tərəflər Trampla dialoqun qurulmasını müzakirə ediblər.
Ağ Ev Trampın Zelenski ilə xüsusi görüş planlaşdırmadığını bildirib. Lakin qısa söhbət mümkündür.
G7 sammiti iyunun 16-17-də Evian kurort şəhərində keçirilir.












