Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir.
İkinci yarış günündə yunan-Roma güləşi üzrə ilk medalçılar müəyyənləşib.
Ömər Salmanov (48 kq) finalda rusiyalı Artyom Tkaçenkoya 1:5 hesabı ilə məğlub olaraq gümüş medal qazanıb.
Qurban Məcnunov (55 kq) da finalda Rusiya təmsilçisi Edem Payziyevə 1:2 hesabı ilə uduzaraq gümüş medal əldə edib.
Orxan Həbibli (65 kq) təsəlliverici görüşdə yunanıstanlı Dionisios Bulutidisə, bürünc medal uğrunda qarşılaşmada ukraynalı Oleksandr Venetsə 9:0 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.
Beləliklə, millimiz ikinci yarış günündə iki gümüş və bir bürünc medal qazanıb.












