Biləcəri qəsəbəsində, Xurşidbanu Natəvan küçəsində yerləşən 7-ci binanın zirzəmisi uzun illərdir kanalizasiya suları ilə doludur.
Baku TV-nin qaynar xəttinə şikayət edən sakinlər bildiriblər ki, üfunət qoxusu gündəlik həyatı çətinləşdirir və divarlar ikinci mərtəbəyə qədər nəmdir.
Sakinlər dəfələrlə "Azərsu", icra hakimiyyəti və bələdiyyəyə müraciət etsələr də, heç bir nəticə əldə olunmayıb. Sakinlərdən biri deyib: "Hamı məsuliyyəti bir-birinin üzərinə atır."












