Bakıda mağazalardan birində menecer işləyən Fərid Məmmədov yeyinti ittihamı ilə saxlanılıb.
O, geyim mağazasında əvvəlcə satıcı, sonra menecer işləyib. Müəyyən edilib ki, Məmmədov satışdan əldə olunan ödənişlərin bir hissəsini öz bank kartına köçürüb.
Bu yolla 500 min manatdan çox pul mənimsədiyi bildirilir. Mağaza sahibinin şikayəti əsasında saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham verilib. Təqsiri sübuta yetirilərsə, 14 ilədək həbs cəzası gözləyir.












