Fəvvarələrdə çimmək sağlamlıq üçün ciddi risklər yaradır. Həmin sularda yosunların və digər mikroorqanizmlərin çoxalmasını önləmək üçün kimyəvi maddələr istifadə olunur.
Rusiyalı həkim Andrey Tyajelnikov bildirir ki, fəvvarələrdəki su daim yenilənmir, qapalı dövriyyə sistemi ilə hərəkət edir və durğun qalır.
O qeyd edir ki, nəm və sürüşkən səthlər yıxılmağa səbəb olaraq burxulma, əzələ dartılması və sınıqlara yol aça bilər.
Həmçinin fəvvarələrdəki elektrik avadanlıqları izolyasiyanın zədələnməsi halında ölümcül təhlükə yarada bilər.












