İyunun 8-də polis əməkdaşları paytaxt və rayonlarda 5 avtomat, 3 tapança, 1 qumbara, 6 tüfəng, 2 patron darağı və 100 patron aşkar edib.
Daxili İşlər Nazirliyi vətəndaşlara qanunsuz silah və sursatları könüllü təhvil verməyi tövsiyə edir.
Qanunsuz saxlanılan silahlar bədbəxt hadisələrə və cinayətlərə səbəb ola bilər. Təhvil verənlər məsuliyyətdən azad olunur.












