Azərbaycan Rəssamlar İttifaqının üzvü Eduard Şamaryayev gənc yaşlarından rəssamlıq və taxta üzərində oymaçılıq kimi sənətlərə yiyələnsə də, əsas arzusu zərgərlik olub.
O, 1979-cu il oktyabrın 16-da Bakıda anadan olub. 1996-cı ildə Bakı İdarəetmə və Texnologiya Kollecinin zərgərlik fakültəsinə daxil olub, 1999-cu ildə fərqlənmə diplomu ilə bitirib. Həmin kollecdə istehsalat təlimi ustası kimi pedaqoji fəaliyyətə başlayıb.
Bugünə qədər 3000-ə yaxın tələbə yetişdirib. 28 ildir bu sənətlə məşğul olan Eduardın əl işlərində Azərbaycan mədəniyyətinin milli ornamentləri və müasir dünya zərgərlik nümunələri diqqət çəkir.
Azərbaycan Zərgərlər Assosiasiyasının üzvü olan sənətkarın işləri bir çox ölkədə sərgilənir.












