Bond.az White LogoBond.az Black Logo

Arkadağda S.Ə.Şirvani və D.Azadiyə həsr olunan konfrans

Arkadağ şəhərində Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans keçirilib. Tədbir haqqında ətraflı məlumat.

Kamran Səfərov
Müəllif:Kamran Səfərov- Senior Editor
|
0

Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 6-da Arkadağda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi şair, maarif xadimi Seyid Əzim Şirvani (1835-1888) və tanınmış türkmən şairi Dövlətməmməd Azadinin (1695-1760) yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilib.

Dövlətməmməd Azadi adına Şəhər Kitabxanasında təşkil edilən konfransdan əvvəl tədbir iştirakçıları kitabxana ilə tanış olublar.

Konfrans Azərbaycan Yazıçılar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi, yazıçı-dramaturq İlqar Fəhminin moderatorluğu ilə gerçəkləşib.

Mədəniyyət nazirinin müavini Murad Hüseynov, Milli Məclisin deputatı, Azərbaycan-Türkmənistan parlamentlərarası dostluq qrupunun üzvü Hikmət Məmmədov, Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi, Türk Dünyası Milli Kitabxanaları Birliyinin sədri Kərim Tahirov və Türkmənistan ədəbiyyatşünasları çıxış edərək hər iki ədibin həyat və yaradıcılıq yolundan söz açıblar.

Qeyd olunub ki, XVIII əsr klassik türkmən ədəbiyyatının inkişafında, onun yeni məzmun və ideyalarla zənginləşməsində xidmətləri olan Dövlətməmməd Azadi təxminən 40 illik yaradıcılıq fəaliyyətində humanist duyğular carçısı kimi şöhrət qazanıb. Onun oğlu Məhtimqulu Fəraqi isə təkcə Türkmənistanda deyil, bütün türk dünyasında böyük şöhrət qazanıb.

Bildirilib ki, Seyid Əzim Şirvani klassik qəzəl məktəbinin qüdrətli nümayəndəsi olmaqla yanaşı, XIX əsrdə Azərbaycanda maarifçi düşüncənin inkişafına mühüm töhfələr verib. O, eyni zamanda Azərbaycan şairlərinin tərcümeyi-halını və əsərlərindən nümunələri kitab ("Təzkirə") şəklində nəşr etdirib.

Çıxışlardan sonra Azərbaycan və türkmən qiraətçiləri hər iki şairin şeirlərini səsləndiriblər.

Milli muğam üçlüyünün müşaiyəti ilə S.Ə.Şirvani və D.Azadinin qəzəlləri əsasında muğam və təsniflər ifa olunub.

Digər Xəbərlər
2026-07-01 13:32
|
309

SABAH Festivalında maraqlı anlar

SABAH İncəsənət Festivalında "Rəssam, sevgilimin şəklini gəl çək" bədii kompozisiyası və tələbə sərgiləri nümayiş olundu. Fotolar və videolar daxildir.

0
2026-07-01 11:32
|
730

It Ends With Us: Filmdən sonra

It Ends With Us filminin dərin təhlili: zorakılıq, sevgi və nəsil dövrələri haqqında.

0
2026-06-30 22:02
|
549

Xalça Muzeyində Divanü lüğat-it-türk sərgisi

Azərbaycan Milli Xalça Muzeyində Divanü lüğat-it-türk sərgisi açılıb. Sərgi iyulun 13-dək davam edir.

0
2026-06-30 14:01
|
372

Heydər Əliyevin dövlətçilik dərsləri təqdim edildi

2026-cı ildə Prezident Kitabxanasında Aslan Aslanovun Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri kitabının təqdimatı keçirildi.

0
2026-06-30 12:03
|
272

Mədəniyyət qrant müsabiqələri təsdiqləndi

Nazirlər Kabineti mədəniyyət qrant müsabiqələrinin qaydasını təsdiqlədi. Ətraflı məlumat üçün oxuyun.

0
2026-06-30 11:02
|
445

Cotari kilsəsi: tolerantlıq rəmzi

Qəbələdəki Cotari alban-udi kilsəsi multikulturalizm və tolerantlıq rəmzi kimi - tarixi, memarlıq və bərpa haqqında fotoreportaj.

0
2026-06-29 10:31
|
725

Zərgərlik sənətinə 28 il: Usta Eduardın əl işləri

28 illik zərgərlik sənəti ilə məşğul olan Eduard Şamaryayevin maraqlı əl işləri haqqında fotoreportaj.

0
2026-06-28 22:02
|
830

Əjdər Həmidovun eşq etirafı

Xalq artisti Əjdər Həmidovun Nahidə Orucova etdiyi eşq etirafı və çətin həyat hekayəsi haqqında məqalə.

0
2026-06-28 21:32
|
767

Sabiq baş məsləhətçi Azad Rüstəmzadə vəfat etdi

Xalq şairi Süleyman Rüstəmin oğlu, Milli Məclisin sabiq baş məsləhətçisi Azad Rüstəmzadə 80 yaşında vəfat edib.

0
2026-06-22 11:02
|
643

Şəhər içində şəhər: Antakya muzeyi

Antakya muzeyi: təsadüfən kəşf edilən, şəhər içində şəhər. 2300 illik tarix, dünyanın ən böyük mozaikası, zəlzələyə meydan oxuyan tikili.

0
2026-06-19 12:02
|
529

Ağababa Bünyadzadənin doğum günü

Xalq artisti Ağababa Bünyadzadənin doğum günü münasibətilə həyat və yaradıcılığı haqqında məlumat.

0
2026-06-19 07:32
|
402

Cavan Zeynallı: Mən çox yaxşıyam

Cavan Zeynallı sağlamlığı ilə bağlı yayılan iddiaları təkzib edərək 'Mən çox yaxşıyam' dedi.

0
...