Mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti Aşqabada çatıb.
Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində sənətçilər hava limanında səmimi qarşılanıb.
Konsert, sərgi və digər tədbirlər hazırlanır. Musiqi, rəqslər, xalçaçılıq nümayiş olunacaq.
Qardaş Türkmənistanla dostluq əlaqələri möhkəmlənəcək.












