Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti beynəlxalq müsabiqədə qalib elan olunub.
Global Brand Magazine tərəfindən təşkil edilən müsabiqədə Azərbaycan "İrsin qorunmasında ən yaxşı dövlət innovasiyası" nominasiyası üzrə qalib gəlib.
Mükafat "Vahid Mədəniyyət Reyestri" informasiya sistemi, 3000-dən çox daşınmaz mədəni irs nümunəsinin rəqəmsal platformaya inteqrasiyası, Qarabağ və Şərqi Zəngəzurda abidələrin inventarlaşdırılması kimi fəaliyyətlərə görə verilib.
Coğrafi İnformasiya Sistemi, dron və peyk texnologiyalarının tətbiqi, "MyCulture" sistemi də yüksək qiymətləndirilib.
Mükafatçılar arasında Yaponiya Nazirlər Kabineti, Almaniya Federal Məşğulluq Agentliyi, Britaniya Səhiyyə Xidməti, Sinqapur Dövlət Texnologiya Agentliyi kimi qurumlar da var.
Bu uğur Azərbaycanın mədəni irs sahəsindəki nüfuzunu göstərir.

