İyunun 6-da Arkadağ şəhərindəki Göroğlu adına Dövlət Atçılıq Sirkində Azərbaycan və Türkmənistan Dövlət Rəqs ansambllarının birgə konserti keçirilib.
Tədbir Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində baş tutub.
Konsertdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimov, səfir Qismət Gözəlov və digər rəsmi şəxslər iştirak ediblər.
Azərbaycan Dövlət Rəqs Ansamblı “Nağaralar”, “Toy”, “Qazaxı”, “Tərəkəmə”, “Çayçı”, “Ağçiçək” və “Uzundərə” rəqslərini nümayiş etdirib.
Tamaşaçılar milli rəqsləri böyük maraqla qarşılayıblar.
Daha sonra Türkmənistanın milli at şousu nümayiş olunub.












