Dövlət Pantomima Teatrının quruluşçu rejissoru Ceyhun Dadaşov yeni vəzifəyə təyin olunub.
Oxu.Az-ın məlumatına görə, bundan sonra o, Dövlət Pantomima Teatrının yaradıcı işlər üzrə direktor müavini vəzifəsində çalışacaq.
Ceyhun Dadaşov 2000-ci ildən teatrda fəaliyyət göstərir. O, çoxsaylı tamaşalarda aktyor və rejissor kimi çıxış edib. Həmçinin ölkədə və xaricdə ustad dərsləri keçib.










