Mayın 28-i ustad kamança ifaçısı, Xalq artisti Habil Əliyevin doğum günüdür.
Habil Mustafa oğlu Əliyev 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. 7 yaşında musiqi məktəbinə qəbul olub və kamançaya maraq göstərib.
1952-ci ildə Bakıya gələrək Asəf Zeynallı adına musiqi məktəbində təhsil alıb. Qurban Pirimov və Xan Şuşinskidən muğam sirlərini öyrənib.
1953-cü ildən Filarmoniyada çalışıb, Seyid Şuşinski, Sara Qədimova kimi sənətkarları müşayiət edib.
O, bir çox muğamlara yeni həyat verib, virtuoz ifası ilə tanınıb. Dünyanın bir çox ölkələrində qastrol səfərlərində olub.
Habil Əliyev həm də mahnı bəstələyib, 15-dən çox mahnısı məşhurdur. 2015-ci ildə vəfat edib.











