Bond.az White LogoBond.az Black Logo

It Ends With Us: Filmdən sonra

It Ends With Us filminin dərin təhlili: zorakılıq, sevgi və nəsil dövrələri haqqında.

Orxan Sultanov
Müəllif:Orxan Sultanov- Yazar
|
0

Turanə Hüseynli yazır...

Son illərdə həyatımıza daxil olan bəzi yeni terminlər və duyğular var. Təşkil olunan ailə dizimləri - yəni nəsildən-nəslə ötürülən psixoloji bağları əks etdirən seanslar və valideynlərimizin mənfi həyat döngülərini qırmağımızın vacib olduğunu bizə anladan minlərlə hekayə və çıxış artıq gündəlik həyatımızın bir hissəsidir.

Məhz bu mövzuların tam tumurcuqlandığı bir dövrdə - 2016-cı ildə amerikalı yazar Kollin Huver anasının yaşadığı çətin evlilik təcrübəsindən ilhamlanaraq qələmə aldığı "It Ends With Us" ("Hər şey bizimlə bitir") romanını dərc edir. Bu əsər sosial şəbəkələrdə, xüsusilə "BookTok" dalğasında milyonlarla oxucunun şəxsi gündəliyinə çevrildi. Qısa müddətdə dünya üzrə milyonlarla nüsxəsi satılan, uzun müddət "The New York Times Best Seller" siyahısında qalan romanın əsasında 2024-cü ildə kinoteatrlarda böyük kommersiya uğuru qazanmış eyniadlı film ərsəyə gəlir. Ekran işinin baş rollarında Bleyk Layvli (Lili), Castin Baldoni (Rayl) və Brandon Sklenar (Atlas) çıxış edirlər.

Filmin rejissoru və eyni zamanda baş rol ifaçılarından biri Castin Baldonidir. O, bu layihəni uzun illər ərzində həyata keçirmək üçün çalışdığını bildirib. Castin müsahibələrinin birində deyir ki, bu filmi romantik dram kimi deyil, travmanın necə miras qaldığını göstərən bir insan hekayəsi kimi çəkmək istəyib. Məncə, bu yanaşma onda olduqca uğurlu alınıb.

Gələk filmin əsas hekayəsinə və hadisələrin gedişatına. Bütün hadisələr qəhrəmanımız Lili Blumun atasının ölümündən sonra yeni həyata başlamaq ümidi ilə Boston şəhərinə köçməsi ilə başlayır. Burada neyrocərrah Rayl Kinkayd ilə tanış olub böyük bir sevgi yaşaması ilə bərabər, hekayə maraqlı və həyəcanlı hala düşür. Zaman keçdikcə Raylın qaranlıq tərəfi və qəzəbini idarə edə bilməməsi üzə çıxır. Lili özünü uşaqlıqdan şahidi olduğu məişət zorakılığı dövrəsinin içində tapır. Məhz bu vaxt onun ilk sevgisi Atlas Koriqan yenidən həyatına qayıdır və Lili öz taleyini dəyişəcək çox çətin bir seçim qarşısında qalır.

Bu film romantik dram kimi başlasa da, izlədikcə insan özünü bir hesabatın ortasında - ağır suallarla boğuşan vəziyyətdə görür. Çünki yazarın da üzərində işlədiyi - nəsillərdən gələn döngünü qırmaq ideyası üzərinə qurulmuş bu hekayə, film irəlilədikcə daxilimizdə öz missiyasını yerinə yetirməyə başlayır. Maraqlısı odur ki, filmdə rənglər və kadrlar da məhz bunun üzərində qurulub: Lilinin gül dükanı, çiçəklər, pəncərələrdən axan işıq və insanı qucaqlayan isti rənglər; sonra isə ev - soyuq divarlar, boz işıq və uzanan kölgələr... Rejissor öz kinematoqrafik danışıq dilində əslində iki fərqli dünyanın içində yaşadığımızı göstərmək istəyib.

Filmdə diqqətimi ən çox çəkən simvollardan biri də pilləkənlər idi. Lili ilə Rayl arasındakı ən ağır səhnələrin çoxu keçid məkanlarında baş verir: qapılar, dəhlizlər, pilləkənlər və liftlər. Rejissor sanki hər şeyin iki mərtəbənin arasındakı o görünməyən pillələrdə baş verdiyini göstərməyə çalışır.

Çünki insanın həyatı da elə keçidlərdən ibarətdir. Uşaqlığımızda yalnız xatirələr toplamırıq, məsələn; biz sevginin formasını ilk dəfə orada öyrənirik. Yetişkinliyə keçid etdiyimizdə isə ürəyimiz sevgini məhz həmin dildə tanıyır və həmin dildə danışmağa başlayır. Yetişkin münasibətlərində danışılan "dil" bir tərəfin "adi" danışıq dili olsa da, bəzən qarşı tərəfin kabusuna çevrilə bilir.

"It Ends With Us" ("Hər şey bizimlə bitir") filminin ən böyük uğuru zorakılığı gözümüzə soxmadan, əslində onu real həyatda necə tanıya bilmədiyimizi anlatması, sevginin hansı anda təhlükəyə çevrilə biləcəyini olduqca incə və zərif formada göstərməsidir.

Bəhanələrin daxili dünyamızda yavaş-yavaş ev tikdiyi, sualların və bəzən cavabların çox olduğu xarici dünyamızda qərarlarımızı başqalarının qorxuları üzərində deyil, özümüzü seçərək verməyin həzzini duymaq üçün bu filmə şans verməyə dəyər bəlkə də. Filmdən sonra isə ekranın qarşısından qalxmazdan əvvəl özünüzə dürüst bir sual verin: "Mən həyatda əslində kimi xilas etməyə çalışırdım?"

Digər Xəbərlər
Bu gün / 13:32
|
309

SABAH Festivalında maraqlı anlar

SABAH İncəsənət Festivalında "Rəssam, sevgilimin şəklini gəl çək" bədii kompozisiyası və tələbə sərgiləri nümayiş olundu. Fotolar və videolar daxildir.

0
Bu gün / 11:32
|
730

It Ends With Us: Filmdən sonra

It Ends With Us filminin dərin təhlili: zorakılıq, sevgi və nəsil dövrələri haqqında.

0
Dünən / 22:02
|
549

Xalça Muzeyində Divanü lüğat-it-türk sərgisi

Azərbaycan Milli Xalça Muzeyində Divanü lüğat-it-türk sərgisi açılıb. Sərgi iyulun 13-dək davam edir.

0
Dünən / 14:01
|
372

Heydər Əliyevin dövlətçilik dərsləri təqdim edildi

2026-cı ildə Prezident Kitabxanasında Aslan Aslanovun Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri kitabının təqdimatı keçirildi.

0
Dünən / 12:03
|
272

Mədəniyyət qrant müsabiqələri təsdiqləndi

Nazirlər Kabineti mədəniyyət qrant müsabiqələrinin qaydasını təsdiqlədi. Ətraflı məlumat üçün oxuyun.

0
Dünən / 11:02
|
444

Cotari kilsəsi: tolerantlıq rəmzi

Qəbələdəki Cotari alban-udi kilsəsi multikulturalizm və tolerantlıq rəmzi kimi - tarixi, memarlıq və bərpa haqqında fotoreportaj.

0
2026-06-29 10:31
|
725

Zərgərlik sənətinə 28 il: Usta Eduardın əl işləri

28 illik zərgərlik sənəti ilə məşğul olan Eduard Şamaryayevin maraqlı əl işləri haqqında fotoreportaj.

0
2026-06-28 22:02
|
830

Əjdər Həmidovun eşq etirafı

Xalq artisti Əjdər Həmidovun Nahidə Orucova etdiyi eşq etirafı və çətin həyat hekayəsi haqqında məqalə.

0
2026-06-28 21:32
|
767

Sabiq baş məsləhətçi Azad Rüstəmzadə vəfat etdi

Xalq şairi Süleyman Rüstəmin oğlu, Milli Məclisin sabiq baş məsləhətçisi Azad Rüstəmzadə 80 yaşında vəfat edib.

0
2026-06-22 11:02
|
643

Şəhər içində şəhər: Antakya muzeyi

Antakya muzeyi: təsadüfən kəşf edilən, şəhər içində şəhər. 2300 illik tarix, dünyanın ən böyük mozaikası, zəlzələyə meydan oxuyan tikili.

0
2026-06-19 12:02
|
529

Ağababa Bünyadzadənin doğum günü

Xalq artisti Ağababa Bünyadzadənin doğum günü münasibətilə həyat və yaradıcılığı haqqında məlumat.

0
2026-06-19 07:32
|
402

Cavan Zeynallı: Mən çox yaxşıyam

Cavan Zeynallı sağlamlığı ilə bağlı yayılan iddiaları təkzib edərək 'Mən çox yaxşıyam' dedi.

0
...