"Obsessiya" qorxu filmi nümayişin beşinci həftəsonunda 265 milyon dollar gəlir əldə edib.
Film ABŞ kino reytinqində ikinci yerdədir və "Kainatın hökmdarları" ilə "Çox qorxulu film 6"nı geridə qoyub.
750 min dollarlıq büdcəsini 350 dəfə üstələyən film, kino tarixinin ən gəlirli layihələrindən birinə çevrilib.
"Obsessiya" qarşılıqsız sevgi hekayəsindən bəhs edir: Bear sehrli çubuq taparaq gözəl Nikinin onu sevməsini arzulayır, lakin qız ona həddindən artıq bağlanır.
Filmin rejissoru məşhur YouTube bloqeri Karri Barkerdir.












