Bond.az White LogoBond.az Black Logo

Şuşada 'Xarıbülbül' festivalı başa çatdı

Şuşada keçirilən 'Xarıbülbül' IX Beynəlxalq Musiqi Festivalı başa çatdı. Konsert proqramı və iştirakçıların təəssüratları haqqında məlumat.

Aydın Nəbiyev
Müəllif:Aydın Nəbiyev- Senior Editor
|
0

Şuşada keçirilən "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı yekunlaşıb.

Oxu.Az xəbər verir ki, festival Xalq artisti Səkinə İsmayılova və tələbələrinin konserti ilə başa çatıb.

Həmin görüntüləri təqdim edirik:

14:18

Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı davam edir.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalın ikinci gününün ilk musiqi təqdimatı Xan qızı Natəvanın sarayının qarşısında keçirilib.

Burada Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert təşkil olunub.

"Romans və mahnı səhəri" adlı konsert proqramında görkəmli bəstəkarlar Arif Məlikov, Cahangir Cahangirov, Fikrət Əmirov, Qara Qarayev, Oqtay Kazımi, Süleyman Ələsgərov, Tofiq Quliyev, Üzeyir Hacıbəyli və Vasif Adıgözəlovun sevilən əsərləri səslənib.

Dillər əzbəri olan həmin bəstələri gənc istedadlı musiqiçilər Aqşin Abdullayev, Elnarə Məmmədova, Həmid Abdulov, İsmayıl Zeynalov, Mara Hüseynova ifa ediblər.

İncəsənət xadimləri və tamaşaçılar festival ilə bağlı təəssüratlarını bölüşüblər. Əməkdar artist Aqşin Abdullayev Şuşada çıxış etməyin onun üçün xüsusi məna daşıdığını vurğulayıb. O bildirib ki, "Xarıbülbül" Musiqi Festivalının Azərbaycanın musiqi beşiyi sayılan Şuşada yenidən keçirilməsi böyük əhəmiyyət kəsb edir. Aqşin Abdullayev torpaqlarımızın azad olunmasından sonra Azərbaycan musiqisinin Xan qızı Natəvanın sarayının önündə səsləndirilməsini tarixi hadisə kimi dəyərləndirib, konsertin yüksək ovqatda keçdiyini qeyd edib.

Müğənni İsmayıl Zeynalov "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalında ilk dəfə iştirak etdiyini vurğulayaraq, bu dəvətin onda unudulmaz təəssüratlar yaratdığını diqqətə çatdırıb. Qeyd edib ki, Şuşanın özünəməxsus zəngin atmosferi və təkrarolunmaz koloriti belə mötəbər tədbirlərə xüsusi ruh qatır. İsmayıl Zeynalovun sözlərinə görə, festival həm ifaçılar, həm də tamaşaçılar üçün parlaq və yaddaqalan anlarla zəngindir, Şuşa isə öz tarixi əzəməti ilə bu cür musiqi bayramlarına ən çox yaraşan məkan, əsl sənət məbədidir.

Qarabağ Universitetinin tələbəsi Kənan Mehdizadə də festivalın iştirakçısı olmaqdan böyük məmnunluq duyduğunu ifadə edib. O, zəngin konsert proqramı çərçivəsində Azərbaycan bəstəkarlarının ölməz əsərlərini canlı dinləməyin gənclər üçün unudulmaz və xoş anlar yaşatdığını vurğulayıb. Kənan Mehdizadə bu mötəbər sənət bayramının yüksək səviyyədə təşkilinə görə təşkilatçılara minnətdarlığını çatdırıb.

Digər Xəbərlər
2026-06-22 11:02
|
643

Şəhər içində şəhər: Antakya muzeyi

Antakya muzeyi: təsadüfən kəşf edilən, şəhər içində şəhər. 2300 illik tarix, dünyanın ən böyük mozaikası, zəlzələyə meydan oxuyan tikili.

0
2026-06-19 12:02
|
529

Ağababa Bünyadzadənin doğum günü

Xalq artisti Ağababa Bünyadzadənin doğum günü münasibətilə həyat və yaradıcılığı haqqında məlumat.

0
2026-06-19 07:32
|
401

Cavan Zeynallı: Mən çox yaxşıyam

Cavan Zeynallı sağlamlığı ilə bağlı yayılan iddiaları təkzib edərək 'Mən çox yaxşıyam' dedi.

0
2026-06-15 13:33
|
683

Bakıda həftənin mədəni tədbirləri

15-21 iyun 2025-ci il tarixlərində Bakıda keçiriləcək mədəni tədbirlər: teatr tamaşaları, konsertlər və xoreodramalar. Bilet qiymətləri və ətraflı afişa.

0
2026-06-15 07:02
|
369

Flora Kərimovanın son durumu: Müalicə davam edir

Xalq artisti Flora Kərimovanın son durumu açıqlanıb. Müalicəsi Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb.

0
2026-06-15 07:00
|
624

Xankəndidə Milli Qurtuluş Gününə həsr olunmuş konsert

Xankəndi Mədəniyyət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş konsert. Bakı Dövlət Kamera Orkestri və solistlər çıxış edib.

0
2026-06-15 04:01
|
481

İrlandiyada nəhəng vikinq məskəni tapıldı

Arxeoloqlar İrlandiyada ən böyük vikinq yaşayış məskənini aşkar etdilər. Vudstaundakı qazıntılar vikinq dövrünə aid nəhəng tikilini üzə çıxardı.

0
2026-06-15 02:00
|
824

"Obsessiya" filmi büdcəsini 350 dəfə qatlayıb

"Obsessiya" qorxu filmi 750 min dollarlıq büdcəsini 350 dəfə qatlayaraq 265 milyon dollar gəlir əldə edib.

0
2026-06-14 13:01
|
806

Xudayar Yusifzadənin büstünü yaradan heykəltaraş

Heykəltaraş Teymur Qəribovun Xudayar Yusifzadə büstünü yaratma hekayəsi. Sənətçinin yaradıcılıq yolu və fəlsəfi yanaşması.

0
2026-06-13 17:00
|
492

Flora Kərimova xəstəxanada, Mehriban Əliyevanın nəzarəti altında

Xalq artisti Flora Kərimova xəstəxanaya yerləşdirilib, müalicəsi Mehriban Əliyevanın nəzarəti altında aparılır.

0
2026-06-12 06:02
|
974

Xalq artisti Hacıbaba Bağırovun doğum günü

Xalq artisti Hacıbaba Bağırovun doğum günü münasibətilə onun həyat və yaradıcılığı haqqında məlumat.

0
2026-06-11 07:03
|
691

Təbii intellekt sərgisi: Elm və incəsənət bir arada

Təbii intellekt sərgisi Elm və incəsənəti birləşdirir. Azərbaycan Milli Xalça Muzeyində açılan sərgi 14 iyuna qədər davam edir.

0
...
Şuşada 'Xarıbülbül' festivalı başa çatdı | Bond.az