Bond.az White LogoBond.az Black Logo

Üzeyir Hacıbəyovun Koroğlu operası nümayiş etdirilib

Üzeyir Hacıbəyovun Koroğlu operası Heydər Əliyev Sarayında nümayiş etdirildi. Baş rollarda Yusif Eyvazov və Afaq Abbasova.

Kamran Səfərov
Müəllif:Kamran Səfərov- Senior Editor
|
0

Bu gün Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında dahi bəstəkar Üzeyir Hacıbəyovun "Koroğlu" operası növbəti dəfə səhnələşdirilib.

Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir. Quruluşçu rəssamlar SSRİ Xalq rəssamı Tahir Salahov və Əməkdar mədəniyyət işçisi Tehran Babayev, baletmeyster SSRİ Xalq artisti Qəmər Almaszadə, xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Koroğlu (Rövşən) obrazını Xalq artisti Yusif Eyvazov, Nigar obrazını Əməkdar artist Afaq Abbasova canlandırıb. Yusif Eyvazov bildirib: "Koroğlu çox mürəkkəb roldur. İkinci dəfədir səhnəyə çıxıram, amma 30 dəfədən sonra özümü bu obrazda hiss edəcəm. Xarici səhnələrlə müqayisədə Vətəndə çıxış daha böyük məsuliyyətdir."

Afaq Abbasova isə qeyd edib: "Dahi Üzeyir bəyin şah əsəri "Koroğlu"da Nigar obrazı ilə səhnəyə çıxmaq böyük xoşbəxtlikdir. Aylarla davam edən məşqlərimizin nəticəsidir."

Tamaşada Həsən xan rolunu Mahir Tağızadə ilk dəfə, Ehsan paşa obrazında Fəhmin Əhmədli, İbrahim xan rolunda Nazim Mahmudov, Həmzə bəy obrazında Tural Ağasıyev, Alı rolunda Əkrəm Poladov, Təlxək obrazında Əliəhməd İbrahimov, Polad rolunda Mirəli Sarızadə (ilk dəfə), Eyvaz obrazında Nəzər Bəylərov, Xanəndə qız rolunda Nəzakət Teymurova, əyan rollarında Məhəmməd Şəmmədov və Cavidan İsayev (ilk ifa) çıxış edib. Carçı rolunu da Əliəhməd İbrahimov ifa edib.

Digər Xəbərlər
2026-07-01 13:32
|
309

SABAH Festivalında maraqlı anlar

SABAH İncəsənət Festivalında "Rəssam, sevgilimin şəklini gəl çək" bədii kompozisiyası və tələbə sərgiləri nümayiş olundu. Fotolar və videolar daxildir.

0
2026-07-01 11:32
|
730

It Ends With Us: Filmdən sonra

It Ends With Us filminin dərin təhlili: zorakılıq, sevgi və nəsil dövrələri haqqında.

0
2026-06-30 22:02
|
549

Xalça Muzeyində Divanü lüğat-it-türk sərgisi

Azərbaycan Milli Xalça Muzeyində Divanü lüğat-it-türk sərgisi açılıb. Sərgi iyulun 13-dək davam edir.

0
2026-06-30 14:01
|
372

Heydər Əliyevin dövlətçilik dərsləri təqdim edildi

2026-cı ildə Prezident Kitabxanasında Aslan Aslanovun Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri kitabının təqdimatı keçirildi.

0
2026-06-30 12:03
|
272

Mədəniyyət qrant müsabiqələri təsdiqləndi

Nazirlər Kabineti mədəniyyət qrant müsabiqələrinin qaydasını təsdiqlədi. Ətraflı məlumat üçün oxuyun.

0
2026-06-30 11:02
|
445

Cotari kilsəsi: tolerantlıq rəmzi

Qəbələdəki Cotari alban-udi kilsəsi multikulturalizm və tolerantlıq rəmzi kimi - tarixi, memarlıq və bərpa haqqında fotoreportaj.

0
2026-06-29 10:31
|
725

Zərgərlik sənətinə 28 il: Usta Eduardın əl işləri

28 illik zərgərlik sənəti ilə məşğul olan Eduard Şamaryayevin maraqlı əl işləri haqqında fotoreportaj.

0
2026-06-28 22:02
|
830

Əjdər Həmidovun eşq etirafı

Xalq artisti Əjdər Həmidovun Nahidə Orucova etdiyi eşq etirafı və çətin həyat hekayəsi haqqında məqalə.

0
2026-06-28 21:32
|
767

Sabiq baş məsləhətçi Azad Rüstəmzadə vəfat etdi

Xalq şairi Süleyman Rüstəmin oğlu, Milli Məclisin sabiq baş məsləhətçisi Azad Rüstəmzadə 80 yaşında vəfat edib.

0
2026-06-22 11:02
|
643

Şəhər içində şəhər: Antakya muzeyi

Antakya muzeyi: təsadüfən kəşf edilən, şəhər içində şəhər. 2300 illik tarix, dünyanın ən böyük mozaikası, zəlzələyə meydan oxuyan tikili.

0
2026-06-19 12:02
|
529

Ağababa Bünyadzadənin doğum günü

Xalq artisti Ağababa Bünyadzadənin doğum günü münasibətilə həyat və yaradıcılığı haqqında məlumat.

0
2026-06-19 07:32
|
402

Cavan Zeynallı: Mən çox yaxşıyam

Cavan Zeynallı sağlamlığı ilə bağlı yayılan iddiaları təkzib edərək 'Mən çox yaxşıyam' dedi.

0
...