Baku TV-də "Hərbi xronika" verilişi Avropanın iri birgə müdafiə layihələrinin uğursuzluğunu işıqlandırıb.
Fransa, Almaniya və İspaniyanın "Future Combat Air System" (FCAS) layihəsi texnologiyaların bölüşdürülməsi səbəbindən dayanıb. 6-cı nəsil döyüş təyyarəsi nəzərdə tutulurdu.
"Main Ground Combat System" (MGCS) tank proqramı da çıxılmaz vəziyyətdədir. Bu uğursuzluqlar Avropada vahid müdafiə sənayesi modelini çətinləşdirir.
Problem Türkiyə kimi milli müdafiə sənayesini inkişaf etdirən ölkələr üçün fürsət yarada bilər. ALTAY tankı və KAAN qırıcısının kütləvi istehsalı rəqabət qabiliyyətini artıra bilər.











