Minskdə Azərbaycan və Belarus Müdafiə Nazirliklərinin hərbi informasiya sahəsində nümayəndələrinin işçi görüşü keçirilib.
Oxu.Az-ın məlumatına görə, görüşdə Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik Anar Eyvazov 44 günlük Vətən Müharibəsi və antiterror əməliyyatları zamanı informasiya təminatı və dezinformasiyaya qarşı mübarizə tədbirlərindən danışıb.
Tərəflər strateji kommunikasiyalar sahəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti "Xatın" memorial kompleksini ziyarət edib, Belarus Silahlı Qüvvələrinin hərbi informasiya agentiliyi "Vayar" və "VoenTV" ilə tanış olub.


