Türkiyədə davam edən "EFES-2026" çoxmillətli təlimində növbəti tapşırıqlar uğurla tamamlanıb.
Müdafiə Nazirliyinin məlumatına görə, iştirakçı ölkələrin hərbçiləri dənizdən sahilə hücum əməliyyatını icra ediblər.
Yüksəksürətli katerlərlə sahilə yaxınlaşan qruplar, atəş dəstəyi altında quruya çıxaraq istehkamları neytrallaşdırıblar.
Əməliyyat nəticəsində sahil xətti təmizlənib, desant üçün təhlükəsiz zona yaradılıb.




