Milli Müdafiə Universiteti Hərbi Hava Qüvvələri ixtisasları üzrə "Zabit hazırlığı kursu"na sənəd qəbuluna start verib.
Ali təhsilli, həqiqi hərbi xidmət keçmiş, 35 yaşadək kişi vətəndaşlar müraciət edə bilər. Sənəd qəbulu 29 iyun - 13 iyul tarixlərində aparılacaq.
Namizədlər əvvəlcə tibbi yoxlanışdan keçəcək. Hərbi Həkim Komissiyasının qərarı ilə yararlı sayılanlar müsabiqəyə buraxılır. Müsabiqədə psixoloji durum, fiziki hazırlıq, ümumi bilik və ixtisas uyğunluğu yoxlanılır.
Tələb olunan ixtisaslar: Radioelektron mübarizə, Hava hücumundan müdafiə, Aviasiya, Meteoroloq, Rabitə.
Ətraflı məlumat mmu.edu.az saytında.
Namizədlər elektron portal vasitəsilə müraciət edib tələb olunan sənədləri təqdim etməlidir.
Ödənilməmiş məhkumluğu olanlar müraciət etməməlidir.
Əlaqə: (012) 404-18-45, *0811, admission@mmu.edu.az












