Milli Müdafiə Universitetinin tabeliyindəki hərbi liseylərin kursantları Qazaxıstanda keçirilən XII Beynəlxalq "Aybın-2026" toplanışına qatılıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Toplanışda Azərbaycan, Qırğızıstan, Özbəkistan və Rusiya komandaları ilə yanaşı Qazaxıstanın güc strukturları da iştirak edir.
"Amandık" poliqonunda hərbi-taktiki oyunlar, intellektual müsabiqələr və robototexnika yarışları keçirilir.
Azərbaycan komandası yüksək peşəkarlıq nümayiş etdirərək ölkəmizi layiqincə təmsil edir.












