Bond.az White LogoBond.az Black Logo

Xəzərdə helikopter və gəmilərlə güc nümayişi

Xəzərdə keçirilən genişmiqyaslı hərbi təlimdə helikopterlər, döyüş gəmiləri və xüsusi təyinatlılar iştirak edib. Kritik enerji infrastrukturunun müdafiəsi üzrə taktiki əməliyyatlar uğurla icra olunub.

Vüqar Həsənli
Müəllif:Vüqar Həsənli- Senior Editor
|
0

Cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələri (HDQ) tərəfindən Hərbi Hava Qüvvələri (HHQ), Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi (DSXSM) və Fövqəladə Hallar Nazirliyinin (FHN) iştirakı ilə genişmiqyaslı təlim keçirilib.

“Dənizdə və sahilyanı ərazilərdə kritik enerji infrastrukturuna təhdidlər zamanı müdafiə əməliyyatlarının aparılması” mövzusunda olan döyüş atışlı taktiki təlim bir neçə mərhələdə icra edilib.

Təlimdə HDQ-nin döyüş, döyüş təminatı və təminat gəmiləri, eləcə də Dəniz xüsusi təyinatlı və Dəniz piyada bölmələri iştirak edib.

Məqsəd komandir heyətinin ekstremal şəraitdə operativ qərar qəbuletmə bacarıqlarını təkmilləşdirmək, gəmilərin fərdi və taktiki qrup tərkibində döyüş tapşırıqlarına hazırlığını yoxlamaq olub.

“Həyəcan” siqnalı ilə qaldırılan bölmələr tam döyüş hazırlığına gətirilərək əməliyyat rayonlarına çıxarılıb.

Döyüş atışlı təlimdə patrulaparma, təxribat və hücum cəhdlərinin qarşısının alınması, hava, suüstü və sualtı vasitələrin məhv edilməsi kimi tapşırıqlar uğurla yerinə yetirilib.

Sonrakı mərhələdə dəniz xüsusi təyinatlıları, HDQ və DSXSM gəmiləri ilə birgə kritik infrastrukturun mühafizəsini təmin edib, şərti düşmənin diversiya qruplarını zərərsizləşdirib.

Helikopter dəstəyi ilə terrorçu qrupların bazalarına eniş edilərək gizlənmiş silahlılar məhv edilib.

Gəmi Əməliyyatları Qrupları ələ keçirilmiş gəminin azad edilməsi və girovların xilası üzrə əməliyyat icra edib.

Dəniz piyadaları terrorçuların ələ keçirdiyi yaşayış məntəqəsində girovları azad edib.

Yanğının söndürülməsi, yaralıların xilası və minaların zərərsizləşdirilməsi FHN və HDQ Axtarış Xilasetmə Xidməti tərəfindən həyata keçirilib.

İti sürətli katerlər ağır yaralıları tibbi gəmiyə təxliyə edib.

Təlimin sonunda gəmi, kater və yeni silahlı insansız dəniz vasitələrinin nümunəvi keçidi təşkil edilib.

Təlimdə əsas diqqət Xəzərdə kritik enerji infrastrukturunun mühafizəsi və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldilib.

Digər Xəbərlər
Bu gün / 15:03
|
569

Qafqaz Qartalı-2026 təlimi başladı

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlıları Muxrovani bazasında Qafqaz Qartalı-2026 təliminə başlayıb.

0
Dünən / 22:33
|
781

Avropa hərbi layihələri Türkiyəyə fürsət?

Avropanın birgə hərbi layihələrindəki uğursuzluqlar Türkiyənin müdafiə sənayesi üçün fürsətə çevrilə bilər. FCAS və MGCS layihələri dayandı.

0
Dünən / 13:00
|
487

Zakir Həsənov Pakistan pilotlarına başsağlığı verdi

Azərbaycan müdafiə naziri Zakir Həsənov Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin qəzasında həlak olan pilotların ailələrinə başsağlığı verib.

0
2026-06-14 18:01
|
878

Nora və Trajan: Qafqazda artilleriya yarışı

Azərbaycanın Nora B-52 NG və Ermənistanın Trajan artilleriya sistemləri Qafqazda hərbi modernləşmə yarışını sürətləndirir. Detallar videoda.

0
2026-06-14 13:30
|
221

Müdafiə Nazirliyi həftəlik icmalı yayımladı

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib. Həftə ərzində baş vermiş hadisələr video formatında hazırlanıb.

0
2026-06-11 20:02
|
461

Platinum Wolf 2026-da Yüksək Səviyyəli Müşahidəçi Günü

Azərbaycan hərbi qulluqçuları Platinum Wolf 2026 təlimində yüksək peşəkarlıq nümayiş etdirdilər. Nazir Zakir Həsənov tədbirdə iştirak etdi.

0
2026-06-11 05:31
|
672

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycan müdafiə naziri Zakir Həsənov Pakistan ordusuna Mi-17 helikopter qəzası ilə əlaqədar başsağlığı verdi.

0
2026-06-10 08:31
|
366

Zakir Həsənov Serbiyada mühüm görüş keçirdi

Azərbaycan müdafiə naziri Zakir Həsənov Serbiyada rəsmi səfər çərçivəsində mühüm görüşlər keçirib. Hərbi əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə olunub.

0
2026-06-07 17:31
|
380

Bahalı texnikalar niyə uduzur?

Müasir döyüş meydanında bahalı texnikalar niyə uduzur? Ukrayna müharibəsi və Yaxın Şərq qarşıdurmaları fonunda hərbi planlaşdırmada dəyişikliklər.

0
2026-06-07 09:31
|
713

Müdafiə Nazirliyi həftəlik icmalı yayımladı

Müdafiə Nazirliyinin həftəlik icmalı video formatında yayımlandı. Həftə ərzində baş vermiş hadisələr haqqında məlumat əldə edin.

0
2026-06-03 16:31
|
283

Azərbaycan-Qırğızıstan hərbi təhlükəsizlik müzakirəsi

Azərbaycan və Qırğızıstan arasında hərbi təhlükəsizlik məsələləri müzakirə edilib. Görüşdə əməkdaşlıq planı və təcrübə mübadiləsi vurğulanıb.

0
2026-06-02 16:01
|
938

Zakir Həsənov Gürcüstanda hərbi bazalara baş çəkdi

Azərbaycan müdafiə naziri Zakir Həsənov Gürcüstanda səfər çərçivəsində hərbi bazalara baş çəkib, silahlara baxış keçirib.

0
...