Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyası Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hərbi hissəsində yoxlama keçirib.
Yoxlama zamanı silah, texnika və maddi-texniki təminat vasitələrinin vəziyyəti yoxlanılıb.
Həmçinin, bölmələrin operativ-taktiki fəaliyyəti qiymətləndirilib.
Hərbi qulluqçuların fiziki və atəş hazırlıqları fərdi qaydada yoxlanılıb.
Sonda şəxsi heyətin bilik və bacarıqlarının artırılması üçün tövsiyələr verilib.








