Bond.az White LogoBond.az Black Logo

37 yaşlı qadın özünü uşaq kimi göstərərək övladlığa verildi

Braziliyada 37 yaşlı qadın özünü 12 yaşlı uşaq kimi göstərərək ailə tərəfindən övladlığa götürülüb. Fırıldaq 14 ay sonra üzə çıxıb.

Günel Kərimova
Müəllif:Günel Kərimova- Senior Editor
|
0

Braziliyada 37 yaşlı qadın özünü 12 yaşlı uşaq kimi təqdim edərək bir ailə tərəfindən övladlığa götürülüb.

Oxu.Az "Daily Mail"ə istinadən xəbər verir ki, bu qeyri-adi fırıldağın üstü bir il keçdikdən sonra, hüquq-mühafizə orqanları tərəfindən saxlanıldıqda açılıb. Hadisə Joinvil şəhərində qeydə alınıb. Özünü "Qabriela" kimi təqdim edən qadın kilsədə ölkənin şimalından, zorakılıqdan qaçdığını iddia edib. Kilsə icması ona sığınacaq tapmaqda kömək edib, daha sonra isə bir ailə onu himayəsinə götürmək qərarına gəlib.

İstintaqın məlumatına əsasən, fırıldaqçı övladlığa götürən ailə ilə 14 ay birgə yaşaya bilib. Cütlük onu həqiqətən öz övladları hesab edib və hətta qızın 12 yaşının tamam olması münasibətilə ad günü mərasimi də təşkil ediblər. Qadın zahirən böyük görünməsini autizm spektri pozuntusu və uşaqlıqda hormon qəbul etməsi ilə əsaslandırıb.

Uydurduğu yalanı inandırıcı etmək üçün o, uşaq butulkalarından istifadə edib. Müstəntiq Rodriqo Bueno Qusso bildirib ki, şübhəli şəxs qəddar atasından qorxduğunu bəhanə edərək, qəyyumlarını onu məktəbə göndərməmələrinə inandıra bilib. Bu saxtakarlıq qohumlardan birinin polisə müraciət etməsi nəticəsində ifşa olunub. Məlum olub ki, həbs edilən şəxs əvvəllər də digər ştatlarda analoji əməllər törətməyə cəhd göstərib. Hətta hadisələrin birində o, uydurduğu "satanist ayinləri" hekayəsini inandırıcı etmək üçün bədəninə 100-dən çox iynə batırıb.

Hazırda həbsdə olan qadına qarşı fırıldaqçılıq və sənədlərin saxtalaşdırılması maddələri üzrə ittihamlar irəli sürülüb.

Digər Xəbərlər
Bu gün / 03:31
|
560

Ən böyük balina qəbiristanlığı tapıldı

Hind okeanında yüzlərlə kilometr uzanan ən böyük və qədim balina qəbiristanlığı kəşf edildi. 470-dən çox qalıq tapıldı.

0
Bu gün / 03:01
|
809

Süni intellekt şəxsi məsələlərdə öncədir

Süni intellekt agentləri 2025-ci ildə şəxsi məsələlərin həllində liderdir. Müraciətlərin 55%-i fərdi ehtiyaclara yönəlib.

0
Bu gün / 02:31
|
458

Parabüzənlər niyə təhlükəlidir?

Parabüzənlər zərərsiz görünsə də, təhlükəli ola bilər. Dəridə qıcıqlanma və allergiyaya səbəb olan zəhər ifraz edirlər.

0
Bu gün / 02:01
|
747

Yeni Zelandiyada ikirəngli alma heyran etdi

Yeni Zelandiyada ikirəngli alma yerli sakinləri heyrətləndirdi. Qırmızı və sarı rəngləri ilə diqqət çəkən alma genetik mutasiya nəticəsində yaranıb.

0
Bu gün / 02:01
|
301

Kuladdi şəhəri satışa çıxarıldı

Avstraliyanın ən kiçik şəhərlərindən Kuladdi, cəmi iki sakini ilə satışa çıxarıldı. 400.000 AUD dəyərindəki şəhər, ev, motel və restoranı əhatə edir.

0
Bu gün / 01:31
|
983

Ərincəklərin ləngliyinin səbəbi tapıldı

Alimlər ikibarmaqlı ərincəyin genomunu təhlil edərək ləngliyin səbəbini aşkar ediblər. Genetik xüsusiyyətlər yavaş metabolizmi izah edir.

0
Bu gün / 01:01
|
252

Varlıların iqlimə zərəri nə qədərdir?

Greenpeace araşdırması: Dünyanın ən varlı 1%-i iqlim tullantılarının 40%-nə səbəb olur. İqlim dəyişikliyi ilə mübarizə üçün sərvət və investisiyalar hədəflənməlidir.

0
Bu gün / 00:01
|
321

İran Hörmüz boğazını bağladı

İran Hörmüz boğazını gəmilərin keçidi üçün bağladı. ABŞ hücumları fonunda İran donanması təhlükə yaradır.

0
Bu gün / 00:01
|
617

Fəvvarədə çimmək ölümlə nəticələnə bilər - Xəbərdarlıq

Fəvvarələrdə çimmək infeksiya, yıxılma və elektrik şoku riski daşıyır. Həkim Andrey Tyajelnikovun xəbərdarlığı.

0
Dünən / 23:00
|
846

Tehranda pravoslav kilsəsi qarət edildi

İranın paytaxtı Tehranda naməlum şəxslər Rus Pravoslav Kilsəsinin Müqəddəs Nikolay məbədini qarət ediblər. Səfirlik oğurlanmış ikonaların qaytarılmasını tələb edir.

0
Dünən / 22:02
|
830

Qızıl ucuzlaşmaqda davam edir

Qızılın qiyməti dünya bazarında ucuzlaşmaqda davam edir. COMEX-də avqust füçersləri 4,100 dolları keçib.

0
Dünən / 22:01
|
591

İran səmasında "od yağışı": ABŞ əməliyyatı genişlənir

ABŞ İrana qarşı yeni zərbələr endirir, CENTCOM əməliyyatın genişləndiyini açıqlayır. İranın müxtəlif bölgələrində partlayışlar eşidilir.

0
...
37 yaşlı qadın özünü uşaq kimi göstərərək övladlığa verildi | Bond.az