İranın xarici işlər naziri Abbas Əraqçı bəyan edib ki, Hörmüz boğazına hər hansı kənar müdaxilə vəziyyəti daha da gərginləşdirəcək və gəmiçiliyin bərpasına mane olacaq.
O, bu fikirləri İraqın xarici işlər naziri Fuad Hüseynlə birgə mətbuat konfransında səsləndirib. Əraqçı qeyd edib ki, paralel nizamlanma mexanizmləri yaratmaq cəhdləri də vəziyyəti mürəkkəbləşdirəcək.
Nazir vurğulayıb ki, boğazda gəmiçilik 30 gün ərzində əvvəlki səviyyəyə qayıda bilər. Bunun üçün bütün maneələr aradan qaldırılmalı və İran-ABŞ memorandumuna əməl olunmalıdır.
Xatırladaq ki, ABŞ ordusu İran ərazisinə zərbələr endirib. CENTCOM bildirib ki, əməliyyat kommersiya gəmiçiliyinə qarşı təcavüzə cavabdır. SEPAH isə Küveyt və Bəhreyndəki ABŞ hərbi obyektlərinə raket və PUA ilə zərbə endirdiyini açıqlayıb.












