İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, İslam Respublikası döyüş meydanında ABŞ-yə qalib gəlib.
Oxu.Az-a istinadən verilən məlumata görə, bu barədə İran dövlət teleradio şirkəti məlumat yayıb.
Nazir qeyd edib ki, hərbi üstünlük səbəbindən indi müharibəni bitirmək üçün ən ideal vaxtdır.
"Vaşinqton xalqımızın əzmkarlığı və qəhrəmancasına müqaviməti ilə üzləşdi. Münaqişəni bitirmək üçün ən yaxşı an bizim üstün olduğumuz vaxtdır; biz döyüş meydanında qələbə qazanmışıq", - deyə vurğulayıb.
O, həmçinin diplomatik fəaliyyətlərin hərbi nailiyyətlərlə sıx bağlı olduğunu və Tehranın sülh sazişində daha sərfəli şərtlər əldə edəcəyini bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Abbas Əraqçi İran və ABŞ arasında memorandum imzalanmasına yaxın olduqlarını demişdi.












