Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya oliqarxı Roman Abramoviç Rusiya-Ukrayna danışıqlarında vasitəçi ola bilər, lakin bu, Putin qərarından asılıdır.
Bu barədə Zelenski "Reuters NEXT Europe" sammitində deyib. O, qeyd edib ki, Abramoviç Kiyevə səfəri zamanı onunla konkret dialoq aparıb və Ukrayna mövqeyini anlayıb.
Zelenski vurğulayıb: "O, belə bir şəxs ola bilər, lakin bu, Putindən asılıdır. Hər ölkə təmsilçisini özü seçməlidir."
Xatırladaq ki, Putin daha əvvəl Ukraynanın Rusiya işgüzar dairələrindən bir nümayəndəni Kiyevə danışıqlara dəvət etdiyini açıqlamışdı.












