ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə Filadelfiyada gələcək nəsillər üçün nəzərdə tutulmuş zaman kapsulu torpağa basdırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Fox News" telekanalına istinadən məlumat yayılıb.
1776-cı ildə ABŞ-nin Müstəqillik Bəyannaməsinin qəbul edildiyi Filadelfiyada təxminən 400 kiloqram çəkisi olan, paslanmayan poladdan hazırlanmış silindr formalı kapsul 4.5 metr dərinlikdə torpağa basdırılıb.
ABŞ-nin bütün ştatları, iri Amerika təşkilatları, Konqres Kitabxanası, Ali Məhkəmə və müxtəlif idman assosiasiyaları kapsula fərqli eksponatlar təqdim ediblər.
2276-cı ildə, yəni 250 il sonra açılması planlaşdırılan kapsulun içərisində qubernatorların məktubları, "iPhone 17 Pro Max" smartfonu, xatirə sikkələri, süni intellektin gələcəklə bağlı proqnozları, ABŞ bayraqları, açıqcalar və fotoşəkillər yerləşdirilib.












