ABŞ-nin Florida ştatında yerləşən Eylin aviabazasında partlayış baş verib.
Hadisə tədqiqat mərkəzində qeydə alınıb.
İlkin məlumatlara görə, iki nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Rəsmi açıqlamada yalnız partlayıcı maddələr laboratoriyasının zərər gördüyü bildirilib.
Hadisənin səbəbləri araşdırılır.












