ABŞ-də ekstremal isti və güclü fırtınalar nəticəsində 840 mindən çox ev elektrik enerjisiz qalıb.
"PowerOutage" saytının məlumatına görə, ümumilikdə 843 min abonentin enerji təchizatı dayanıb. Ən çox zərər çəkən ştatlar Miçiqan (385 min), Nyu-Cersi (179 min) və Pensilvaniyadır (66 min).
CNN bildirir ki, ölkənin şərq hissəsində hava temperaturu son on ilin ən yüksək səviyyəsinə çatacaq və yeni rekordlar gözlənilir.












