Vaşinqton ştatında hərbi təyyarə qəzaya uğrayıb. ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F/A-18 Hornet qırıcısı təlim uçuşu zamanı çöküb.
NBC telekanalının məlumatına görə, qəzadan sonra meşəlik ərazidə yanğın başlayıb. Pilot təyyarəni tərk edərək xilas olub və yüngül xəsarətlər alıb.
Hüquq-mühafizə orqanları hadisənin səbəblərini araşdırır. Qəza Kaliforniyada Miramar aviabazasında yerləşən təyyarə ilə bağlıdır.












