ABŞ-nin Ayova ştatının Maskatin şəhərində silahlı hücum olub. Hadisə nəticəsində şübhəli şəxs də daxil olmaqla, yeddi nəfər ölüb.
Məlumata görə, insident ailədaxili münaqişə zəminində baş verib. Polis bütün qurbanların qatil şübhəlisinin qohumları olduğunu deyir.
Atışma barədə xəbər saat 12:12-də daxil olub. Hadisə yerinə çatan polislər dörd cəsəd aşkar ediblər. Cinayətdə şübhəli bilinən 52 yaşlı Rayan Makfarland qaçmağa çalışsa da, sonradan çay sahilində ölü tapılıb. O, özünə güllələyib. Daha sonra daha iki cəsəd tapılıb. İstintaq davam edir.












