Venesuelada baş verən güclü zəlzələ nəticəsində ABŞ-nin keçmiş gözəllik kraliçası Skarlent Rodriqes və onun sevgilisi həyatını itirib. 23 yaşlı model "Miss Grand Orlando 2025" müsabiqəsinin qalibi idi.
İyunun 24-də baş verən zəlzələdən sonra cütlük itkin düşmüşdü. Cəsədləri La-Quayra ştatının Katiya-La-Mar ərazisində dağıntılar altında tapılıb.
Ailəsi "GoFundMe" səhifəsində xəbəri təsdiqləyib. Skarlent əslən venesuelalı idi və ABŞ-də gözəllik müsabiqəsində qalib gəlmişdi.











