ABŞ və İran arasında danışıqların növbəti raundu iyunun 5-də keçiriləcək. Bu barədə "Al Hadath" mənbələrə istinadən məlumat yayıb.
İlkin razılaşma qarşılıqlı anlaşma memorandumunu ehtiva edir. Memorandumun imzalanmasından sonra "yekun məsələlər üzrə danışıqlar" aparılacaq.
Mənbələrə görə, ilkin razılaşma "İslamabad Bəyannaməsi" adlandırılacaq. Pakistan əsas vasitəçi rolunda çıxış edir.












