ABŞ Silahlı Qüvvələri İrana qarşı tətbiq edilən dəniz blokadasını rəsmən dayandırıb. Artıq İran limanlarına daxil olan və ya çıxan gəmilərə mane olunmur.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"Birləşmiş Ştatlar prezidentinin göstərişi ilə İran limanlarına və sahil zonalarına tətbiq edilən blokada dayandırılıb. ABŞ hərbi gəmiləri Fars və Oman körfəzlərində tranzitə mane olmur. Bütün hərbi blokada tədbirləri ləğv edilib", - deyə açıqlamada bildirilir.
CENTCOM-un məlumatına görə, ABŞ hərbi gəmiləri razılaşmaların icrasına nəzarət etmək üçün regionda qalacaq. Onların əsas vəzifəsi sazişin müddəalarına əməl olunmasını təmin etməkdir.
Xatırladaq ki, ABŞ və İran arasında 14 bəndlik memorandum imzalanıb. İsveçrədə keçiriləcək tədbir həmin sənədin imzalanma mərasimi olacaq.












