ABŞ hərbi qüvvələri Hörmüz boğazı yaxınlığında İrana məxsus bir neçə pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər yayıb. Mənbə bildirib ki, dronlar tranzit yük daşımaları üçün təhlükə yaradırmış.
Hadisə ilə bağlı əlavə təfərrüatlar hələlik açıqlanmır.












