ABŞ, Tehrana təzyiq məqsədilə 'İqtisadi qəzəb' kampaniyası çərçivəsində İran aviaşirkətlərinin hava limanlarına, yanacaqdoldurma məntəqələrinə və bilet satışı sistemlərinə girişini qadağan edəcək.
Oxu.Az xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent 'X' sosial şəbəkəsində bildirib.
Nazir əlavə təfərrüat verməyib. O, ABŞ-ın İrana qarşı iqtisadi tədbirləri davam etdirəcəyini vurğulayıb.
Bu qadağa yalnız Tehran-Vaşinqton danışıqlarında irəliləyiş əldə olunarsa dayandırıla bilər.












