ABŞ vitse-prezidenti Cey Di Vens, İsrailin mövqeyindən asılı olmayaraq, İranla nüvə razılaşmasına nail olmaq üçün səylərini davam etdirəcəklərini bildirib.
Fox News-a istinadən verilən məlumata görə, Vens deyib: "İranın nüvə proqramı ilə bağlı uzunmüddətli həll yolu tapa bilərik. Bu, İsrailin xoşuna gəlsə də, gəlməsə də, ABŞ-ın milli maraqlarına uyğundur."
Vens əlavə edib ki, razılaşmanın uğuru İranın şərtlərə əməl etməsindən asılıdır. "Biz razılaşmanın necə icra olunduğunu yoxlamalıyıq. Ən önəmli meyar, iranlıların real hərəkətləridir," deyə o vurğulayıb.












